Bu gün Gürcüstanda Dövlət Bayrağı Günüdür
Mьəllif: admin1
Tarix: 14-01-2019, 11:05
Bцlmə: Xəbərlər
Bu gün Gürcüstanda Dövlət Bayrağı Günüdür
Bu gün Gürcüstanda Dövlət Bayrağı Günü qeyd edilir.

Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, Dövlət Bayrağı Günü 2004-cü ildə "Qızılgül İnqilabı"ndan sonra qəbul edilib və parlamentin binasında dalğalandırılıb.

Qırmızı rəngli 5 xaçlı dövlət simvolu kimi dövlət bayrağı 2004-cü il yanvarın 14-də parlament çoxluğu tərəfindən Gürcüstanın Dövlət Bayrağına dair Qanunu təsdiqləyib və rəsmi şəkildə yanvarın 14-ü ənənəvi olaraq Dövlət Bayrağı Günü elan olunub.

Bu gün vətəndaşlara ölkənin simvolu olan Gürcüstan bayrağını dövlətin bütün binalarından, pəncərələrdən, balkonlardan, öz evlərinin damlarından, hətta avtomobillərindən asmağa icazə verilib.

Qeyd edilib ki, Dövlət Bayrağı Günü əsasən milli bayram hesab olunur və milli bayraq hər bir vətəndaşın, ailənin və qürurun mülkiyyətidir.

5 xaçlı Gürcüstan dövlət bayrağı 13-cü əsrə aid hesab edilib. Qeyd edilib ki, Gürcüstan bayrağı öz qədimliyinə görə, Danimarkanın bayraqından sonra dünyada ikinci yerdədir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930