Arakan müsəlmanlarının qətliamı davam edir – BMT-dən xəbərdarlıq
![]() “İslaminSesi” bu barədə Shafaqnaya istinadən xəbər verir. BMT-nin Myanmar üzrə İnsan Haqqları Koordinasiyasına müvəqqəti olaraq təyin olunmuş Knut Ostbi, Arakan və Şimaldakı vəziyyətin son dərəcə narahatlıq doğurduğunu, xüsusən də 4 yanvarda baş verən şiddətli olaylar və itkilərə görə dərindən üzüldüyünü bildirib. BMT və Beynəlxalq insan haqqları təşkilatları, Arakan Müsəlmanlarına qarşı edilən bu fəlakəti “etnik təmizləmə” ya da “soyqırım” adlandırıb və 25 avqust 2017-ci ildən indiyə kimi Arakandan qaçan və Banqladeşə sığınanların sayı 720 minə çatdığı bildirilib. İnsan Haqları Təşkilatı, Arakan Müsəlmanlarının lazımi təhlükəsizlıyi təmin edilmədən onların Myanmara qayıtması dəhşətli bir hal olacağı və yeni bir etnik təmizləmə ilə üzləşəcəklərini bildirib. Oxşar xəbərlər
|