Sudan İsrail rejiminə hava məkanını açmayacaq
Mьəllif: admin1
Tarix: 7-01-2019, 15:33
Bцlmə: Xəbərlər
Sudan İsrail rejiminə hava məkanını açmayacaq
Sudanın prezidenti Ömər Əl-Bəşir İsrail rejimi ilə münasibətlərin normallaşmanı qəbul etmədiklərini bildirib.

Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, Ömər Əl-Bəşir İsrail rejimindən Keniyaya uçan təyyarələrin Sudan hava məkanından keçməyəcəyini deyib.

Hava məkanından istifadəyə icazə verməyəcəklərini söyləyən Sudan prezidenti, İsrail rejimilə normallaşma yolunda addım atmayacaqlarını da bildirib.

Bəzi Körfəz ölkələri ilə İsrail rejimi arasında gizli danışıqlar davam edir, hətta Çad da İsrail rejimilə əlaqə qurmağa qərar verib.

Bundan əvvəl Sudanın da İsrail rejimilə təmas quracağı irəli sürülsə də, ancaq Sudanın prezidenti bu iddianı rədd edib.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930