Suriyada bir ailənin 11 üzvü bombardıman nəticəsində həlak olub
Mьəllif: admin1
Tarix: 4-01-2019, 10:20
Bцlmə: Xəbərlər
Suriyada bir ailənin 11 üzvü bombardıman nəticəsində həlak olub
Beynəlxalq koalisiya qüvvələri Suriyanın Deyr-əz-Zor əyalətinin Əş-Şafaə kəndinə hava zərbələri endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilir ki, bombardıman nəticəsində azı 11 nəfər həyatını itirib. Ölənlərin hamısı bir ailənin üzvləridir.

Bundan əvvəl yayılan məlumata görə, 2014-cü ildən Suriya və İraqda koalisiyanın aviazərbələri nəticəsində 1139 dinc sakin ölüb.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031