Parlament Kutaisidə fəaliyyətini başa vurub Tbilisiyə köçür
Mьəllif: admin1
Tarix: 29-12-2018, 11:33
Bцlmə: Xəbərlər
Parlament Kutaisidə fəaliyyətini başa vurub Tbilisiyə köçür
Gürcüstan parlamenti Kutaisidə fəaliyyətini başa vurub və qanunverici orqanın yeni sessiyası artıq paytaxt Tbilisidə başlayacaq.

24News.ge xəbər verir ki, yeni se,ilmi. prezidentin dekabrın 16-da keçirilmiş inauqurasiya mərasimindən dərhal sonra qüvvəyə minən konstitusiyada qanunverici orqanın hansı şəhərdə fəaliyyət göstərməsi ilə bağlı konkret müddəa yoxdur. Konstitusiyanın əvvəlki redaksiyasında isə parlamentin ölkənin ikinci böyük şəhəri olan Kutaisidə fəaliyyət göstərməsi qeyd olunmuşdu.

Dekabrın 27-də Kutaisidə parlamentin sonuncu növbədənkənar sessiyası keçirilib. Parlamentin sədri İrakli Kobaxidze çıxışında Kutaisidə sonuncu iclasın keçirildiyini bildirib. Günün sonunda deputatlar və parlament administrasiyasının əməkdaşları xatirə şəkli çəkdiriblər.

Məlumat üçün qeyd edək ki, Gürcüstan parlamenti 2012-ci ildə sabiq prezident Mixeil Saakaşvilinin təşəbbüsü ilə Kutaisi şəhərinə köçürülmüşdü. M.Saakaşvili bildirmişdi ki, bu yolla təkcə paytaxt Tbilisinin deyil, regionların da inkişafına nail olmaq niyyətindədir.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031