Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlanıb
Mьəllif: admin1
Tarix: 28-12-2018, 18:25
Bцlmə: Xəbərlər
Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlanıb
Gürcüstan əhalisinin sayı bu ilin əvvəlində 3 729 600 nəfər təşkil edib.

24News.ge-nin verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.

Sənədə əsasən, ölkə əhalisinin sayı illik müqayisədə 3 200 nəfər çoxalıb.

Gürcüstanda qadınların sayı 1 938 100, kişilərin sayı isə 1 791 600 nəfər təşkil edir. Əhalinin 58,3%-i şəhərlərdə, 41,7%-i isə kəndlərdə yaşayır. İllik müqayisədə şəhər əhalisi artıb, kənd əhalisi isə azalıb.

Hesabatda Gürcüstan əhalisinin etnik mənsubiyyətinə görə tərkibi ilə bağlı göstəricilər də yer alıb. Gürcüstanın Milli Statistika İdarəsinin verdiyi hesbata görə 2014-cü ili əhatə edən göstəricilərə əsasən, ölkədə yaşayan azərbaycanlıların sayı 233 000 nəfərdir. Bu da Gürcüstan əhalisinin 6,3%-ni təşkil edir.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930