70 yaşlı azərbaycanlı kişi amansızlıqla qətlə yetirilib
Mьəllif: admin1
Tarix: 23-11-2018, 19:13
Bцlmə: Xəbərlər
70 yaşlı azərbaycanlı kişi amansızlıqla qətlə yetirilib

Bolnisi rayonun Kveşi kəndində 70 yaşlı azərbaycanlı kişi amansızlıqla qətlə yetirilib.

İlkin ehtimala görə, hadisə 2 gün öncə törədilib. Onun meyiti yarı çılpaq vəziyyətdə meşədə tapılıb. Qətlə yetirilən şəxsin boğazında ip olub. Ahıl kişinin evində öldürüldüyü və meyitinin iplə sürütlənərək meşəyə aparıldığı bildirilir.

Meyitin gözlərinin çıxarıldığı barədə də məlumat yayılıb. Lakin bu fakt rəsmən təsdiq olunmayıb.

Ahıl yaşlı kişi tək yaşayırmış. Onun qətlə yetirilməsinin səbəbi hələlik məlum deyil.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. Qətl törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.


(24news.ge)
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031