İkinci İlya prezidentliyə namizədlərə müraciət edib
Mьəllif: admin1
Tarix: 23-11-2018, 19:10
İkinci İlya prezidentliyə namizədlərə müraciət edib

Gürcüstanın katolikos pariarxı İkinci İlya Sameba məbədində olan prezidentliyə namizədlər Salome Zurabişvili və Qriqol Vaşadzeyə müraciət edib.

Patriarx deyib ki, əminəm ki, onlar qalibiyyət və məğlubiyyəti ləyaqətlə qarşılayacaqlar.

“Xoşbəxtəm ki, məbəddə nazirlərimiz, prezidentliyə namizədlərimiz Xanım Salome Zurabişvili və Cənab Qriqol Vaşadze var. Əminəm ki, siz qalibiyyət və məğlubiyyəti ləyaqətlə qarşılayacaqsınız.

Lakin, demək istəyirəm ki, qalib olacaq kəs düşünməməlidir ki, o prezidentlik üçün digərlərindən daha yaxşıdır. Əminəm ki, bu çətin dövrü keçən sizlər, qalibin kim olmasından asılı olmayaraq bir-birinizə kömək edəcəksiniz. Müqəddəs Qiorqi sizlərə yardım edəcək”, deyə patriarx İkinci İlya qeyd edib.


www.24news.ge
Oxşar xəbərlər
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031