Yaxın ölkələrdə əhali
![]() Novator.az başqa yaxın ölkələr üzrə rəsmi göstəricilərə də nəzər salıb. Oktyabrın 1-nə Ermənistanın 2 milyon 969,2 min nəfər əhalisi olduğu açıqlanıb. Özbəkistanın əhalisi eyni dövrə 33 milyon 85 min nəfəri ötüb. Gürcüstanın əhalisi yanvarın 1-nə 3 milyon 729,6 min nəfər, Rusiyanın əhalisi iyunun 1-nə 146,8 milyon nəfər olub. Bu ilin müxtəlif dövrlərinə aid statistik hesabatlara əsasən, İranın 81,7 milyon nəfər, Türkiyənin 80,8 milyon nəfər, Belarusun 9,5 milyon nəfər, Tacikistanın 8,9 milyon nəfər, Qırğızıstanın 6,2 milyon nəfər, Türkmənistanın 5,6 milyon nəfər, Moldovanın 3,5 milyon nəfər, Latviyanın 1,9 milyon nəfər, Estoniyanın 1,3 milyon nəfər əhalisi var. Oxşar xəbərlər
|
|