Ayətullah Xameneyi İrandakı iqtisadi problemlər və həlli yollarından danışdı
Mьəllif: admin1
Tarix: 11-10-2018, 23:57
Bцlmə: Xəbərlər
Ayətullah Xameneyi İrandakı iqtisadi problemlər və həlli yollarından danışdı
İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, ötən gecə 2 saat yarım müddət ərzində baş tutan görüşdə Ali Rəhbər ölkədə iqtisadi problemlərin həlli istiqamətində atılmış adıları təqdirə layiq hesab edib və bildirib ki, koordinasiya şurasının əsas vəzifəsi iqtisadi sahədə həll edici və dolğun qərarlar qəbul etməkdir.

“Ölkədə mövcud olan iqtisadi problemlərin həlli və xalqın ümumi ehtiyaclarının təmini üçün cihadçı iş görmək və fövqəladə vəziyyətdə çalışmaq lazımdır. Ona görə ki, bu problemlər xüsusi ilə bahalaşma və alıcılıq qabiliyyətinin azalması xalqın böyük kütləsinin xüsusi ilə yoxsul təbəqənin dolanışığını çətinləşdirib”.

Ayətullah Xamenei İqtisadi Kordinasiya Ali Şurasının üzvlərinə ölkədəki iqtisadi probemlərin həlli üçün qətiyyətli qərar qəbul etməyi və çıxış yolları tapmağı tövsiyə edib. “Ölkədə əsas iqtisadi problemlərin o cümlədən bank sistemindəki problemlər, likvidlik, inflyasiya, işsizlik kimi problemlərin həlli üçün ciddi qərarlar verilməli və icra olunmalıdır”.

Ali Rəhbər iqtisadi problemlərin həlli üçün özəl sektorun və iqtisadçıların fikirləri və təqdim etdiyi çıxış yollarından bəhrənlənməyi tövsiyə edib.“Ölkənin hazırkı şəraitində elita və iqtisadi aktivslər daha çox can yandırmalı və öz elmi və təcrübələrindən isitfadə edərək problemlərin həlli üçün məsul şəxslərə yardım etməlidirlər. Bu imkanı qədir bilmək lazımdır və universitetlər və iqtisadçıların təkliflərindən tam formada istifadə edin.”

Ayətullah Xamenei ölkədəki iqtisadi problemləri iki hissəyə bölüb. “Problemlərin bir qismi ölkənin iqtisadi strukturu və ölkə daxili problemlərdir. Digər qismi isə ABŞ-ın zalimcəsinə olan sanksiyalarından qaynaqlanır. Bu iki qismin hər birinə qarşı ağılllı çıxış yolları tapın ki, xalqın yaşayışının təmini üçün daamlı çıxış yolu olsun və düşmənləri sanksiyaların təsirindən naümid etsin.

Ayətullah Xamenei bütün məsul şəxsləri və qurumları birlikdə işləməyi tövsiyə edib və bildirb ki, ölkədə dalana dirərən və həlli mümkinsiz olan heç bir problem yoxdur. Biz Allahın lütfü, xalqın, məsul şəxslərin iradəsi, gənclərin, elitanın potensialı və ölkəmizin geniş imkanlarından istifadə edərək problemləri aşacağıq.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930