Kanadada müəyyən yerlərdə hicab qadağasına etiraz olaraq böyük nümayişlər keçirilir
Mьəllif: admin1
Tarix: 10-10-2018, 21:40
Bцlmə: Xəbərlər
Kanadada müəyyən yerlərdə hicab qadağasına etiraz olaraq böyük nümayişlər keçirilir
Kanadada minlərlə insan küçəyə çıxaraq, dövlət işçilərinə iş vaxtı istənilən dini atributların geyinilməsini yasaq edən qanunvericiliyə qarşı etiraz edib.

"Deyerler.org"un "islam.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, etirazçılar Kvebek əyalətinin hökumətinin bu qərarını irqçilik və əhalinin vətəndaş azadlığının pozulması kimi qiymətləndiriblər.

Etirazçıların əksəriyyəti keçirilən aksiyaya inanca uyğun geyimlərdə gəliblər.

“TASS”-ın verdiyi məlumata əsasaən, Kvebekda seçkilər zamanı “Kvebekın gələcəyi namınə” pariyası qələbə qazanmışdır. Partiyanın lideri Fransua Leqo yeni regionun baş naziri vəzifəsinə gələrək, partiyasının, dövlət işçilərinin iş vaxtı dini təmsil edən geyimlərin geyinilməsinin yasaq edilməsi haqda qanunu qəbul etmək qərarında olduğunu bildirmişdir. Onun bu bəyanatı insanlar arasında geniş etirazlara səbəb olmuşdur.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031