İndoneziyada növbəti zəlzələ - 5 min insan itkin düşdü
Mьəllif: admin1
Tarix: 10-10-2018, 10:22
Bцlmə: Xəbərlər
İndoneziyada növbəti zəlzələ - 5 min insan itkin düşdü
İndoneziyanın Sulavesi adasında yenidən zəlzələ baş verib.

Maide.Az İslaminSesi-nə istinadən xəbər verir ki, sentyabr ayının 28-də İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib.

Zəlzələ qurbanları hələ də dağıntılar altından tam çıxarılmamış Sulavesi adasının Palu şəhərində 5,2 gücündə yeni zəlzələ baş verib.

Sulavesi adasının 5 kilometr şimal-şərqində baş verən yeraltı təkanlar güclü şəkildə hiss edilib.

Milli Fəlakət Agentliyinin sözçüsü təxminən 5 min insanın itkin düşdüyünü , həmçinin kəndlərdə baş verən torpaq sürüşməsi nəticəsində insanların dağıntılar altında qaldığını açıqlayıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930