Vəhhabi şeyxdən şok fətva: Qadın və qızları satmaq halaldır
Mьəllif: admin1
Tarix: 15-08-2014, 17:00
Bцlmə: Xəbərlər
Vəhhabi şeyxdən şok fətva: Qadın və qızları satmaq halaldır

Saleh əl-Fovzan yenə gülünc fətva verib
İslamazeri.az-ın “On4haber”-ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanlı vəhhabi şeyx Saleh əl-Fovzan növbəti dəfə şok fətva verib.

Belə ki, ABŞ, İsrail və İŞİD-ə dəstək fətvaları ilə tanınan Səudiyyə Ali Alimlər Şurasının üzvü Saleh əl-Fovzan təkfirçi İŞİD terrorçularının iraqlı qadın və qızları bazarlarda qul kimi satması barədə fətva verərək, bu işin halal olduğunu deyib.

Saleh əl-Fovzan yayınlanan videoda söyləyib ki, “İŞİD-in iraqlı qadın və qızları alıb-satması halaldır və şəri baxımdan heç bir problemi yoxdur.”

Qeyd edək ki, İraq İnsan Haqları Təşkilatının sözçüsü Kamil Amin İŞİD-in Sincara hücumu zamanı yezidi qadınları qaçırdaraq qul bazarlarında satdığını açıqlamışdı. Həmçinin yezidilərin nümayəndəsi Bəkir İlyas 500-ə yaxın yezidi qadın və qızların İŞİD tərəfindən qaçırıldığını, ərəb ölkələrində 5 min dollar qarşılığında varlılara satdığını deyib.
islamazeri.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031