İmam Hüseyn (ə) ziyarətgahı yaxınlığında yanğın baş verib - Video
Mьəllif: admin1
Tarix: 10-08-2018, 21:11
Bцlmə: Xəbərlər
İmam Hüseyn (ə) ziyarətgahı yaxınlığında yanğın baş verib - Video
İraqın Kərbəla şəhərində İmam Hüseyn (ə) ziyarətgahına bitişik Hüseyniyyədə yanğın baş verib. Bu barədə İraq mətbuatı məlumat yayıb.

Məlumata görə, dünən gecə yerli vaxtla saat 20:00-da İmam Hüseynin (ə) ziyarətgahına yaxın olan Sidra küçəsində hindistanlıların Hüseyniyyəsində yanğın baş verib.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə və yanğının başvermə səbəbi barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Hüseyniyyə İmam Hüseyn (ə) ziyarətgahına bitişik olub. Yanğının ziyarətgaha keçməsinin qarşısı alınıb.
(Eastnews.org)


Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031