Ayətullah Sistani: “Yeni hökumət təcili qurulmalıdır”
Müəllif: Admin
Tarix: 28-07-2018, 17:17
Bölmə: Xəbərlər
Ayətullah Sistani: “Yeni hökumət təcili qurulmalıdır”
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistani bildirib ki, yeni hökumətin təcili qurulmalı və başındakı şəxsin bacarıqlı və güclü olmalıdır.

Deyerler.org Al-Kafeel-ə istinadən xəbər verir ki, Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayi bu gün (27 iyul) cümə xütbəsindən sonra, onun məktubunu oxuyaraq, İraqda işsizlik, elektrik kəsintiləri və korrupsiya səbəbindən baş verən nümayişlərə dair bunları qeyd edib:

“Aksiyalar başa çatmadı. Azalsa da, başqa bir vaxt güclü şəkildə yenə baş verəcək. Nümayişçilərin bütün tələbləri təcili yerinə yetirilməlidir.

Vəzifəyə gələcək yeni hökumət də ləng tərpənsə, xalqın qarşısında etiraz variantını inkişaf etdirmədən başqa bir çarəsi qalmayacaq”.

Ayətullah Sistani İraqda mayın 12-də keçirilən parlament seçkilərindən sonra, hələ də hökumətin qurulmamasına da münasibətini bildirib: “Düzgün bünövrələr üzərində təcili yeni hökumət qurulmalıdır.

Vəzifəyə gələcək baş nazir, bütün məsuliyyətləri üzərinə götürməli, bacarıqlı və güclü olmalıdır. Keçən illər ərzində böyük dövlət xadimlərinə bugünkü faciəli nəticənin (korrupsiya və dövlət xidmətlərindəki qüsur və çatışmazlıqlar) yaranmaması üçün tez-tez nəsihətlər də etdik. Ancaq bunun heç bir faydası olmadı”.

Ayətullah Sistani ölkədə baş verən aksiyalardan sonra, nümayişçiləri dəstəkləmiş və hökuməti xalqın tələblərinə qulaq asmağa çağırmışdı.

Bağdad və cənubdakı şəhərlərdə bu gün axşam saatlarında da kütləvi aksiyaların keçiriləcəyi bildirilir.


Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031