Suriya ordusu Kuneytra şəhərini terrorçulardan tamamilə təmizlədi
Mьəllif: admin1
Tarix: 27-07-2018, 23:18
Bцlmə: Xəbərlər
Suriya ordusu Kuneytra şəhərini terrorçulardan tamamilə təmizlədi
Suriyanın Kuneytra şəhərinin terrorçulardan tamamilə təmizlənməsinin elan edilməsi məqsədilə 1974-cü ildə İsrail rejimi işğalından azad edilmiş qədim Kuneytra şəhərinin Təhrir (Qurtuluş) meydanında bu gün (27 iyul) Suriyanın bayrağı qaldırılıb.

Deyerler.org xəbər verir ki, SANA televiziyasının Kuneytrakı müharibə müxbiri Suriyanın ordu hissələrinin Kuneytra şəhərinin tamamilə terrorçulardan azad edib, bomba qurğuları və minalardan təmizləməsindən sonra, Suriyanın bayrağının şəhərin Təhrir meydanında dalğalandırdığını bildirib.

Müxbir dövlət himni altında bayrağın dalğalandırılması mərasiminə rəsmi və qeyri-hökumət nümayəndə heyətləri ilə yanaşı, yerli əhalinin qatıldığını bildirib.

Kuneytranın qarşısında yerləşən İsrail rejiminin ordusu bayrağın dalğalandırılması mərasimini izlədikləri müşahidə olunub.

Kuneytra şəhəri İsrail rejiminin işğalı altındakı Qolan təpələrinin birbaşa şərqində yerləşir. Region 1967 və 1973-cü il müharibələrində mühüm rol oynamışdı.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031