Ayətullah Sistani: “Xalq hökumətdən xidmət təqdim etməsini gözləyir”
Mьəllif: admin1
Tarix: 20-07-2018, 21:33
Bцlmə: Xəbərlər
Ayətullah Sistani: “Xalq hökumətdən xidmət təqdim etməsini gözləyir”
İraqın böyük mərcəyi-təqlid alimi Seyid Əli Hüseyni Sistani xidmətlərin çatışmazlığı, işsizlik və elektrik kəsintilərini əsas göstərilərək, ölkənin cənubunda baş verən və paytaxt Bağdad da daxil olmaqla bir çox şəhərlərə yayılan aksiyalar barədə açıqlama verib.

Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi Ayətullah Seyid Əhməd Əs-Safi, cümə xütbəsində Ayətullah Sistaninin ölkədə davam edən nümayişlərə dair məktubunu oxuyub.

Məktubda belə qeyd olunub: “Xalq hökumətdən xidmət təqdim etməsini gözləyir. Bəyanatlarla kifayətlənmək lazım deyil”.

Ayətullah Sistani, ötən həftə bu aksiyaları dəstəklədiyini, nümayişçilərlə həmrəy olduğunu bildirmiş, hökumətə qanuni adlandırdığı tələblərə qulaq verməsini istəmişdi.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031