Gürcüstanda yeni baş prokuror seçilib
Mьəllif: admin1
Tarix: 11-07-2018, 15:55
Bцlmə: Xəbərlər
Gürcüstanda yeni baş prokuror seçilib
Şalva Tadumadze Gürcüstanın baş prokuroru seçilib.

APA-nın yerli bürosunun məlumatına görə, onun bu vəzifəyə namizədliyi Gürcüstanın Ədliyyə Nazirliyinin prokurorlar şurası tərəfindən dəstəklənib.

Ş. Tadumadze hökumət administrasiyasının rəhbəri olub. Onu baş prokuror vəzifəsinə parlament təsdiq etməlidir.

Baş prokuror vəzifəsinə Şalva Şavqulidze və Nino Qoqniaşvili də namizəd olub. Ş. Şavqulidze prokurorlar şurasının gizli səsverməsindən öncə namizədliyini geri götürüb.

Qeyd edək ki, Gürcüstanın sabiq baş prokuroru İrakli Şotadze bu ilin mayın 31-də istefa verib. İstefaya səbəb ötən ilin dekabrında paytaxtda iki yeniyetmənin qətli ilə bağlı Tbilisi şəhər məhkəməsinin qəbul etdiyi qərarın yaratdığı böyük narazılıq olub.
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31