Gürcüstanda təbii fəlakətlə mübarizəyə hərbi qüvvələr cəlb olunacaq
Mьəllif: admin1
Tarix: 8-07-2018, 19:19
Bцlmə: Xəbərlər
Gürcüstanda təbii fəlakətlə mübarizəyə hərbi qüvvələr cəlb olunacaq
Gürcüstanın Mestiya rayonunda təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına hərbi qüvvələr cəlb olunacaq.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamının təsdiq olunması üçün iyulun 8-də parlamentin növbədənkənar iclası keçiriləcək.

Qeyd edək ki, Mestiya rayonunda son günlər davam edən intensiv yağışlar və qaya uçqunu səbəbindən Nenskra çayı məcradan çıxıb. Daşqınlar Çuberi kəndində ciddi fəsadlar yaradıb.

Kəndə aparan körpülər dağılıb, yollar sıradan çıxıb. Güclü sel bir neçə evi uçurub, 20-dən çox evə isə ziyan vurub. Çuberi kəndinin elektrik enerjisi ilə təminatında da məhdudiyyətlər yaranıb. Daşqın nəticəsində Çumberi kəndinə aparan və daha səkkiz kəndi rayon mərkəzi ilə əlaqələndirən avtomobil yolu da dağılıb.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031