Müqtəda Sədr özünə bağlı silahlı "Səraya Salam" briqdasıyla bağlı qərar verdi
Mьəllif: admin1
Tarix: 30-06-2018, 22:40
Bцlmə: Xəbərlər
Müqtəda Sədr özünə bağlı silahlı "Səraya Salam" briqdasıyla bağlı qərar verdi
İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, bir müddət əvvəl İraq seçkilərində qalib gələn və hökümətin qurulması üçün koalisiya üçün görüşlər keçirən "Sədr" hərəkatı lideri Seyid Müqtəda Sədr özünə bağlı silahlı "Səraya Salam" briqadası haqqında qərar verib.

O verdiyi yazılı açıqlamada, İraqın ümumi maraqları, qurulacaq hökümət, ordu və polisi gücləndirmək məqsədilə özünə bağlı "Səraya Salam" briqadasının fəaliyyətini 3 şəhərdən başqa bütün digər yerlərdə dayandırdığını bildirib.

Seyid Müqtəda Sədr özünə bağlı silahlı "Səraya Salam" briqadasının yalnız Bağdad, Samirra və Kərbəlada fəaliyyət göstərəcəklərini qeyd edib.

Sədr həmçinin silahlı tərəfdarlarına silahı təhvil vermələrini və İŞİD-lə mübarizə üçün ölkə xaricində hər hansı bir əməliyyata qoşulmamalarını tapşırıb.

Qeyd edək ki, Seyid Müqtəda Sədrə bağlı silahlı "Səraya Salam" briqadası 2014-cü ildə İŞİD-in Əhlibeyt İmamlarının ziyarətgahlarını dağıtma təhdidindən sonra təsis edilib və sırf ziyarətgahların mühafizəsini öz üzərinə götürmüşdü.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930