Suriya ordusu Dəraada genişmiqyaslı əməliyyata başladı
Mьəllif: admin1
Tarix: 27-06-2018, 14:01
Bцlmə: Xəbərlər
Suriya ordusu Dəraada genişmiqyaslı əməliyyata başladı
Suriya ordusu Dəraanın cənub-şərqində fəaliyyət göstərən terrorçu qrupların mövqelərini intensiv artilleriya atəşinə tutduğu bildirilib.

Deyerler.org SANA-ya istinadən xəbər verir ki, Suriya ordusu Dəraada terrorçular ilə İordaniya sərhədi arasında təçhizat və dəstək xətlərini kəsmək məqsədilə genişmiqyaslı əməliyyata başlayıb.

Suriyalı hərbi mənbələrdən biri Dəraanın Nahidə qəsəbəsində terrorçuları ağır itkilərə məruz qoyan ordu hissələrinin mühüm irəliləyişə nail olduqlarını qeyd edib.

Mleyha mahalını tamamilə işğaldan azad edən ordunun Hrek qəsəbəsinin astanasına çatdığını bildirən mənbə, terrorçuların təlaş içində geri çəkildiyini qeyd edib.

Bundan əvvəl də Dəraanın Busr Əl-Hərir və Mleyhat Əl-Ataş qəsəbələrinin terrorçulardan azad edildiyi bildirilmişdi. Əməliyyatda xeyli sayda Nusra Cəbhəsi yaraqlısının öldürüldüyü, bir tank və iki piyada əleyhinə zirehli maşın olmaqla yaraqlılara aid xeyli sayda silahın ələ keçirildiyi bildirilmişdi.

Terrorçulardan azad edilən yerlərdə minalardan təmizlənmə işlərinin davam etdiyi qeyd olunub.


Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930