Fitr bayramına görə İranda 537 məhkum əfv edilib
Mьəllif: admin1
Tarix: 14-06-2018, 22:36
Bцlmə: Xəbərlər
Fitr bayramına görə İranda 537 məhkum əfv edilib
İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei 537 məhbusun əfv edilməsi və ya cəza müddətlərinin azladılmasına razılıq verib.

İslaminSesi.info bu barədə İSNA-a istinadla məlumat verir.

Bildirilib ki, Fitr bayramı gününün çatması münasibətilə İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amuli Laricani Ali liderə 537 məhbusun əfv edilməsi və cəzalarının azaldılması ilə bağlı məktub yazıb və bu məktuba müsbət cavab verilib.

Əfv ediləcək və ya cəzalarının yüngülləşdiriləcəyi məhbuslar ümumi məhkəmələrin, inzibati, inqilab və habelə hərbi məhkəmələrin məhkumlarıdır.

Qeyd edək ki, İranda Fitr bayramı ilə yanaşı, Qurban, Novruz, Məbəs bayramı, İmam Zamanın (ə) mövludu günü və sair dini milli münasibətlərə görə ümumi əfv sərəncamları verilir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930