İslam alimləri müsəlmanlarını Beynəlxalq Qüds gününə səslədi
![]() Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, Ayətullah Abdullah Cavadi Amuli açıqlamasında xalqın Beynəlxalq Qüds günü yürüşünün təsirinə toxunaraq, müxtəlif xalq kütlələrinin Beynəlxalq Qüds günü tədbirinə qatılmasının məzlum Fələstin xalqını gücləndirdiyini, zülm və zalımları zəiflətdiyini qeyd edib. 70 ildən artıq bir müddətdir ki, sionistlərin müsəlmanların ilk qibləsini işğal altında saxladığına və bu torpaqların insanlarının deportasiya edildiyini diqqətə çatdıran Ayətullah Cavadi Amuli, Beynəlxalq Qüds günü yürüşünün mərhum İmam Xomeyninin ən yaxşı tövsiyələrindən biri olduğunu deyib. Böyük mərcəyi-təqlid alim Ayətullah Cəfər Sübhani də İran xalqını izdihamlı şəkildə Beynəlxalq Qüds günü tədbirlərinə qatılmağa dəvət edib. O, İsrail rejiminin bir xərçəng şişi kimi, 70 ildir müsəlmanların ilk qibləsini işğal etdiyini vurğulayıb. Oxşar xəbərlər
|