İndoneziya İsrail rejiminin pasportu olanlara ölkəyə girişini qadağan etdi
Mьəllif: admin1
Tarix: 23-05-2018, 13:24
Bцlmə: Xəbərlər
İndoneziya İsrail rejiminin pasportu olanlara ölkəyə girişini qadağan etdi
Sionist rejiminin Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Nahşon İndoneziyanın İsrail rejiminin pasportunu daşıyanlara vizanın verilməməsi və verilən vizaları ləğv edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Nahşon Qəzzada baş verən son hadisələrə cavab olaraq, İndoneziyanın İsrail rejiminin pasportunu daşıyanlara ölkəyə girişini qadağan etməyə qərar verdiyini söyləyib.

Sionist İsrail rejiminin Xarici İşlər Nazirliyinin sözçüsünün açıqlamalarına yer verən “Yediot Ahronot” qəzeti və “Calcalistech” saytı İsrail rejiminin İndoneziyanı bu qərardan imtina etməyə çalışdığını bildirib.

Mənbələr İndoneziyanın İsrail rejiminin Qəzzada fələstinlilərə qarşı həyata keçirdiyi qətliama cavab olaraq, İsrail rejiminin pasportunu daşıyanlara ölkəyə girməsini qadağan etdiyini və qadağanın keçən həftədən qüvvəyə mindiyini bildirib.

İndoneziya ilə İsrail rejimi arasında diplomatik əlaqə yoxdur. Son dövrdə İndoneziya və İsrail rejimi arasında iqtisadi əlaqələrin qurulması sahəsində iş aparıldığı məlumdur. İsrail rejiminin pasportunu daşıyanlar İndoneziyaya turist və ya iş vizası ilə gedə bilirlər.
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031