Seyid Əbdülməlik Əl-Husi: “Müsəlmanlara qarşı təxribatları Amerika və İsrail rejimi birgə edir”
Müəllif: Admin
Tarix: 17-05-2018, 21:35
Bölmə: Xəbərlər
Seyid Əbdülməlik Əl-Husi: “Müsəlmanlara qarşı təxribatları Amerika və İsrail rejimi birgə edir”
Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi İslam ümmətinə qarşı törədilən bütün təxribatları Amerika və İsrail rejiminin birgə təşkil etdiyini bildirib.

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Seyid Əbdülməlik Əl-Husi mayın 16-sı axşam mübarək Ramazan ayının daxil olması münasibətilə televiziyada çıxış edərək, bölgədəki bütün təxribatların əsl məqsədin İslam ümmətinə zərbə vurmaq olduğunu bildirib.

Yəmən xalqının ciddi problemlərlə və münaqişələrlə qarşılaşdığı bir şəraitdə mübarək Ramazan ayının başladığını deyən Əl-Husi, son 4 Ramazan ayını ABŞ, Səudiyyə rejimi və müttəfiqlərinin təcavüzü altında qarşıladıqlarını bildirib.

Ənsarullahın lideri çıxışının digər bir hissəsində, Amerikanın Qüdslə bağlı son mövqeyinin və ABŞ rəhbərliyinin Fələstin məsələsinə qarşı hədsiz düşmənliyinin, İslam ümmətinin müqəddəslərinə zərər vermək istədiyini göstərdiyini bildirib.
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031