Nigeriya şiələrinin lideri Şeyx Zəkzaki məhkəmə qarşısına çıxarıldı
Müəllif: Admin
Tarix: 16-05-2018, 21:46
Bölmə: Xəbərlər
Nigeriya şiələrinin lideri Şeyx Zəkzaki məhkəmə qarşısına çıxarıldı
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzaki məhkəmə qarşısına çıxarılıb.

Məlumata görə, Şeyx İbrahim Zəkzaki və həyat yoldaşı Zenət Zəkzaki qətl və qanunsuz aksiya təşkil etmək kimi qondarma ittihamlarla bağlı dindirilmək üçün Kaduna vilayətinin Ali Məhkəməsinə gətiriliblər.

Bu, Nigeriya İslam Hərəkatı rəhbərinin həbs olunduğu zamandan bəri ikinci dəfədir ki, hakim qarşısına çıxarılır.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayının əvvəlində Nigeriyanın Ali Federal Məhkəməsi Şeyx İbrahim Zəkzakinin sərbəst buraxılmasıyla bağlı qərar qəbul edib, Qərara əsasən məhkəmə, təhlükəsizlik qüvvələrinin iddialarını əsassız hesab edərək, Şeyx Zəkzakinin saxlanılmasının qanunsuzluq kimi dəyərləndirib. Məhkəmə qərarına əsasən, Şeyx Zəkzaki 45 gün ərzində polisə təhvil verilməli, daha sonra isə 24 saat ərzində təhlükəsiz yerə köçürülməlidir.

Bundan əlavə, məhkəmənin qərarına əsasən təhlükəsizlik qüvvələri Şeyxin ailəsinə 160 min dollar təzminat da ödəməlidir. Ordu isə məhkəmə qərarlarını heçə sayaraq, dini lideri azad etməkdən imtina edir.

Qeyd edək ki, ordunun Zəkzakinin tərəfdarlarına hücum etməsi nəticəsində ən azı 374 nəfər dünyasını dəyişmişdi.
Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031