Ayətullah Xameneinin dəftərxanası: Çox böyük ehtimal mayın 17-i Ramazan ayının əvvəlidir
Mьəllif: admin1
Tarix: 15-05-2018, 14:41
Bцlmə: Xəbərlər
Ayətullah Xameneinin dəftərxanası: Çox böyük ehtimal mayın 17-i Ramazan ayının əvvəlidir
Çox böyük ehtimala görə, cümə axşamı (17 may) günü mübarək Ramazan ayının ilk günüdür. Bunu Ali Rəhbər Ayətullah Xameneinin dəftərxanasının Ayın axtarışı üzrə Qərargahın üzvü höccətülislam Əlirza Müvəhhidnejad bu gün keçirdiyi mətbuat konfransında deyib.

Maide.Az “tasnimnews” saytına isitnadən verir ki, o deyib ki, Ramazan ayını axtarması ilə bağlı komitənin üzvləri təyin olunub və müəyyən olunmuş vaxtda öz işlərinə başlayacaq.

“May ayının 16-da ayın görsənəcəyi proqnozlaşdırılır və cümə axşamı günü (17 may) günü Ramazan ayının ilk günüdür. Cari ilin Ramazan ayının hilalını müşahidə etməkdə heç bir problem yoxdur”.

May ayının 16-da günün ikinci yarısı İranın müxtəlif vilayətlərində 120-dən çox qrup mübarək Ramazan ayının hilalını görmək üçün izləyəcək. “Ekspertlərin proqnozu belədir ki, mayın 16-da ay görsənəcək. Beynəlxalq astronomik məlumatlara əsasən, bu gün (mayın 15-də) dünyanın heç bir yerində quru ərazidən ayın müşahidə edilməsi mümkin deyil.”

O həmçinin bildirib ki, böyük ehtimalla Ramazan ayı bu il 29 gün olacaq.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031