Gürcüstanda əcnəbilərə daimi yaşayış icazəsinin verilməsi qaydaları dəyişir
Mьəllif: admin1
Tarix: 11-05-2018, 09:58
Bцlmə: Xəbərlər
Gürcüstanda əcnəbilərə daimi yaşayış icazəsinin verilməsi qaydaları dəyişir
Gürcüstanda əcnəbilərə daimi yaşayış icazəsinin verilməsi qaydalarına dəyişikliklər ediləcək.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.

Baş nazir bildirib ki, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Gürcüstanın Ədliyyə Nazirliyi qanunvericiliyə dəyişikliklər layihəsi təqdim edəcək: “Yeni qaydalara əsasən, Gürcüstanda daimi yaşayış icazəsi almaq üçün xarici vətəndaş ölkədə son 10 il müddətində yaşamalıdır.

Hazırda bu müddət 6 il təşkil edir. Müvəqqəti yaşayış üçün veriləcək icazənin müddəti isə 6 ildən 12 ilədək artırılacaq”.

G. Kvirikaşvili qeyd edib ki, əgər xarici ölkə vətəndaşının 6 ildən sonra Gürcüstanda daimi qalmaq üçün məqsədləri olmasa, həmin şəxsə yenidən daimi deyil, müvəqqəti yaşayış icazəsi veriləcək.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031