Ayətullah Sistani seçkilərdə bitərəf olduğunu bəyan edib
![]() Deyerler.org Əl-Kafeelə istinadən xəbər verir ki, Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbdül-Mehdi Kərbəlayi cümə xütbəsindən sonra, böyük mərceyi təqlid alimin siyasi məktubunu oxuyub. Məktubunda ölkədə keçiriləcək ümumi seçkilərə toxunan Ayətullah Sistani, belə qeyd edib: “Din alimlərinin seçkilərdə bu və ya digər tərəfi dəstəkləməsi istiqamətində ortaya atılan iddialar əsassızdır. Heç bir kəsi dəstəkləmirik və hamıya qarşı bərabər məsafədəyik”. Əvvəllər korrupsiyaya bulaşan və uğursuz olanları bu seçkidə sınanmamalı olduğu bildirilən məktubda, ölkədə islahat hərəkatının davam etməsinin lazım olduğuna işarə edilib. Ayətullah Sistani İraqda hakimiyyətin tək adamın əlinə keçməməsi və təzyiq rejimi olmaması barədə də xəbərdarlıq edərək, seçkilərdə və ya digər bütün sahələrdə xarici dəstəyin qadağan olunmasını istəyib. Oxşar xəbərlər
|