Norveçdə azana qarşı iyrənc vandalizm
Mьəllif: admin1
Tarix: 27-04-2018, 21:27
Bцlmə: Xəbərlər
Norveçdə azana qarşı iyrənc vandalizm
Norveçdə irqçi çıxışları ilə tanınan İrəli Baxış Partiyası (Fremskrittspartiet-Frp) məscidin daxilində oxunan azanın səsinin kənardan verilməsinin qarşısının alınmasını istəyir.

Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, Norveçdə üç partiyalı koalisiya hökumətinin ortaqlarından olan İrəli Baxış Partiyasının miqrant siyasəti üzrə sözçüsü Con Helqheim mətbuata bu barədə açıqlama verib: “Məscid içərisində oxunan azanın kənardan verilməsinin qarşısının alınmasına dair təklifləri həftənin sonu keçiriləcək partiya qurultayında müzakirə edəcəyik”.

Norveçdəki məscidlərdə azan minarədən oxunmur. Azanın şüşənin içərisində səsucaldanlarla oxunmasına görə səsi kənardan da eşitmək olur.
Oxşar xəbərlər
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728