Putin və Ruhani Suriyadakı vəziyyəti müzakirə ediblər
Mьəllif: admin1
Tarix: 16-04-2018, 10:00
Bцlmə: Xəbərlər
Putin və Ruhani Suriyadakı vəziyyəti müzakirə ediblər
Bu gün Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya və İran prezidentləri ABŞ, İngiltərə və Fransanın raket zərbəsindən sonra Suriyadakı vəziyyəti müzakirə ediblər.

V. Putin və H. Ruhani ABŞ və müttəfiqlərinin hüquqa zidd bu addımının Suriya böhranının siyasi yolla tənzimlənməsi perspektivinə ciddi zərbə vurduğunu qeyd ediblər. Rusiya prezidenti qeyd edib ki, əgər BMT Nizamnaməsinə zidd bu fəaliyyət davam edərsə, bu, beynəlxalq münasibətlərdə xaosa gətirib çıxara bilər.

Rusiya və İran prezidentləri Yəmən də daxil olmaqla, Yaxın Şərq regionunda vəziyyətlə bağlı da müzakirə aparıblar. Tərəflər iqtisadi-ticari sfera da daxil olmaqla, iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını vurğulayıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930