Seyid Həsən Nəsrullah: “Sionistlər Suriyaya hücum etməklə axmaqlıq etdilər”
Mьəllif: admin1
Tarix: 14-04-2018, 15:24
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullah: “Sionistlər Suriyaya hücum etməklə axmaqlıq etdilər”
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah sionist İsrail rejiminin Suriyada iranlılara hücum edərək, tarixi bir səhv və böyük bir axmaqlıq etdiklərini deyib.

Deyerler.org Təsnim-ə istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah Beyrutda keçirilən “Əl-Vəfa lil Əhd” konfransında çıxış edib. Seyid Həsən Nəsrullah Hizbullahın Livandakı parlament seçkilərinə qatılmasında məqsədinin Beyrutun qərarlarına hakim olmaq yox, nəsillərdir Livanda yaşayan şiələri təmsil etmək olduğunu söyləyib.

Hizbullahın lideri Livandakı seçki qanununu dəstəkləyərək, bu qanunun xalqın bütün təbəqələrinə seçkilərdə iştirak hüququ verdiyini söyləyib: “Bu konfransın məqsədi Hizbullahın “Vəhdəti Beyrut” və “Əl-Vifaq Əl-Vatani” seçki siyahılarını dəstəklədiyini açıqlamaqdır”.

Hizbullahın baş katibi Livanda bəzi siyasi partiyaların seçki şüarlarında İran kimliyi qarşısında ərəb şəxsiyyətində israr etməsini tənqid edərək, zarafatla belə deyib: “Əgər ərəb kimliyində məqsəd ərəb dilini bilməkdirsə, Ali Seçki Şurasına kimin ərəb dilinin daha yaxşı olmasının bilinməsi üçün bütün partiyaları ərəbcə imtahanından keçməyi tövsiyə edilməlidir.

Əgər ərəbliyə qəsd insanların şəcərəsidirsə, bəhs edilən qurum kimin həqiqi ərəb olduğunu, kimin olmadığını araşdırsın.

Ərəb kimliyini iddia edənlər, ərəb xalqının problemlərinə və narahatlıqlarına əhəmiyyət verməlidir və işğalçılar qarşısında təslim olmaqdan çəkinməlidir.

Görəsən bu ərəblik Amerika hökumətinə itaət etmək və vəkalət müharibələrinə iştirak etmək deməkdir? Görəsən ərəblik Fələstin xalqını və İslamın müqəddəslərinə əhəmiyyətsiz yanaşmaq deməkdir?”

Seyid Həsən Nəsrullah çıxışının digər bir hissəsində Livanın Milli Müqaviləsinə toxunub və Livanın həqiqətən də milli barışığa ehtiyacının olduğunu və bu müqavilənin yalnız birgə və ötəri mənfəətlər əsasında formalaşmamalı olduğunu bildirib: “Livanın Milli Müqaviləsi davam edən dialoqlara əsaslanaraq, bir-birini və qarşı tərəfin hüququnu və mövqeyini qəbul edərək, və bu mövzudakı münaqişələrdə razılığa gələrək, reallaşmalıdır.

Bəziləri, hətta Beyrutun cənubunda Dahliyə adını belə qəbul etməyə hazır deyillər, halbuki bu ad dünyanın bütün regionlarında müqavimətlə bir bütöv halına gəlib və bunu sadəcə qəbul etmək olmaz və ona eyni zamanda hörmətlə də yanaşılmalıdır.

Livanda baş verən vətəndaş müharibəsi xatirəsi, bütün livanlıların sülhə və dinc bir şəkildə yaşamağa doğru hərəkət etməsi üçün təşviq edici olmalıdır”.

Hizbullahın baş katibi Livanın regional münaqişələrdən uzaq durmaq istədiyini bildirərək, bunları deyib: “Livanlılar daxili müharibə istəməsə də, kənardakı bəzi şəxslər bu ölkədə vətəndaş müharibəsi baş verməsi üçün təxribatlar qururlar. Bu şəxslər Yəmən və İraqı da viran edən şəxslərin özüdür”.

Seyid Həsən Nəsrullah sionist İsrail rejiminin Suriyanın T-4 hərbi hava bazasına təşkil etdiyi hücuma da toxunaraq, belə danışıb: “İsrail rejimi qəsdən İranın İnqilab Keşikçilərinin üzvlərini öldürmək istədi və bu yeddi illik Suriya müharibəsində misli görülməmiş bir hadisə idi.

Hətta 2015-ci ilin yanvar ayında da israillilər Kuneytradakı İnqilab Keşikçilərini öldürmək istəmədiklərini açıqlamışdılar və bu məsələnin üzərindən asanlıqla keçmək olmaz. Əlbəttə bu hücuma cavab vermək məsələsində iranlıların özü qərar verəcək, amma mən sionistlərə, tarixi bir səhv və böyük bir axmaqlıq etdiklərini və özlərini birbaşa İran ilə qarşıdurmaya atdıqlarını deyirəm.

On minlərlə silahlı terror təşkilatının üzvü Kuneytrada, Dəraada və Suriyanın cənub sərhədlərində mövcudluğu və bu adamların əllərində bir çox növ silahın olması sionist rejimi narahat etmir, ancaq olnlar İranın Suriyadakı mövcudluğuna dözə bilmədiklərini deyirlər”.

Hizbullahın baş katibi çıxışının davamında, Dəməşqin şərqindəki Duma şəhərinə kimyəvi hücum həyata keçirilməsi iddialarının ortaya atılmasından sonra, Amerikanın Suriyaya qarşı hücum təhdidlərinə də toxunub: “Hizbullah bütün kimyəvi hücumları qınayır, lakin Dumada kimyəvi hücum təşkil olunmayıb və Dumada baş verənlər bir ssenaridir. Müharibəni udan tərəf niyə kimyəvi hücum təşkil etməlidir?

Uzun müddətdir ki, Suriyada bir ssenari qurmaq istədiklərini deyirdilər. Nə vaxt Suriya uğur əldə etsə, belə bir iş görürlər və sonra Tramp başlayır tvit atmağa! Bu Twitter üçün bir problemdir, elə deyilmi?

Hazırda üzləşdiyimiz hal, ABŞ hegemonluğunun aydın bir nümunəsidir. Amerikalılar təkbaşına hakim, jüri və diktor olmaq və Dumada bir kimyəvi hücum baş verməsi qərarını verdilər! Halbuki Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı bu məsələdə qəti heç bir söz deməyib.

Trampın Twitter təhdidlərindən heç biri, İranı, Suriya və Hizbullahı qorxutmur.

Amerika hökumətinin qanunsuzluğu bir problemdir və Tramp adlı varlıq da ayrı bir məsələdir! Bu adam emosional biridir. Twitter-ə girib, başlayır hədələr yağdırmağa! Şimali Koreyaya esmines göndərir, təhdid edir, amma sonda heç bir hadisə baş vermir! Sonra da müzakirə mövzusu gündəmə gəlir!”

Hizbullahın baş katibi çıxışında, Səudiyyə rejiminin Suriya böhranındakı roluna da toxunub: “Səudiyyəlilər Amerika hökuməti və Trampa bu ölkənin qüvvələrinin Suriyaya girməsi üçün tərəddüd etmədən pullarını verməyə hazır olduqlarını açıqladılar.

Reallıq budur ki, bölgə xalqının Trampın Ağ Evdə olduğu müddətdə narahatlıq keçirməyə haqqı var. Təkcə regionun yox, eyni zamanda bütün dünyanın da narahat olmağa haqqı var. Nə üçün? Çünki dünyanın ən böyük gücü olan Amerika hökumətinin başı qarışıqdır və strateji düşüncə tərzindən məhrumdur. ABŞ-ın region xalqları ilə bütün müharibələri məğlubiyyətə məhkumdur”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930