Amerika senatorları və hüquq müdafiəçiləri Trampın Suriyaya hücumunu qanunsuz hesab edir
Mьəllif: admin1
Tarix: 14-04-2018, 15:22
Bцlmə: Xəbərlər
Amerika senatorları və hüquq müdafiəçiləri Trampın Suriyaya hücumunu qanunsuz hesab edir
ABŞ-ın aparıcı hüquq-müdafiə təşkilatı olan Amerika Vətəndaş Azadlıqları İttifaqı (ACLU) ABŞ-ın Suriyaya qarşı hücumunun konstitusiyaya zidd olduğunu bildirib.

Deyerler.org RİAN-a istinadən xəbər verir ki, ACLU-nun nümayəndəsi Hina Şəmsi belə bir açıqlama ilə çıxış edib: “Bu hərbi əməliyyatlar qanunsuzdur.

Konqresin icazəsi olmadan hərbi gücün istifadəsini qadağan edən konstitusiya qanunu və özünümüdafiə vəziyyəti istisna olmaqla bütün hallarda birtərəfli güc istifadəsini qadağan edən beynəlxalq qanun pozulmuşdur. Prezident Donald Tramp birtərəfli olaraq bizə hücum etməyən bir ölkəyə qarşı və Konqresin icazəsi olmadan bunu etdi”.

Amerikalı senator Bob Keysi də Donald Trampı Suriyadakı vəziyyəti həll etmək üçün bir strategiyasının olmaması üçün tənqid edib.

Amerikalı Virciniya ştatının senatoru Riçard Blek düşünülməmiş hərəkətlərinin Trampı nüvə münaqişəsinin qədər apara biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, raket zərbələri əsassız təcavüz hərəkətinə çevrilib.

Senator Tom Udall isə, ABŞ prezidentini Suriya münaqişəsinə daha çox müdaxilə etməməsi barədə xəbərdar edib: “Əgər onlar (ABŞ-da) bunu etsələr, böyük dövlətlərin münaqişəsini təhlükəyə atmış olarlar”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930