Bəşər Əsəd: “Qərb gücləri artıq nəzarəti itirdiklərini qəbul etməlidirlər”
Mьəllif: admin1
Tarix: 14-04-2018, 15:20
Bцlmə: Xəbərlər
Bəşər Əsəd: “Qərb gücləri artıq nəzarəti itirdiklərini qəbul etməlidirlər”
ABŞ, Fransa və Böyük Britaniyanın Suriyadakı hədəflərə 103 raket atmasından sonra Suriya prezidenti Bəşər Əsəddən ilk açıqlama gəlib.

Deyerler.org SANA-ya istinadən xəbər verir ki, B.Əsəd hücumdan sonra İranın prezidenti Həsən Ruhani ilə telefonla danışıb. Suriya prezidenti iranlı həmkarına deyib ki, bu hücum suriyalıları birləşdirib və Dəməşqin terrorizmlə mübarizə əzmini artırıb. Ruhani də İranın Suriyanın yanında olduğunu bir daha qeyd edib.

B.Əsədin mətbuat ofisindən verilən məlumata görə, Suriya prezidenti telefon danışığında bunları deyib: “Terrorizmi dəstəkləyən Qərb gücləri artıq nəzarəti itirdiklərini qəbul etməlidirlər. Eyni zamanda onlar xalqlarının və dünyanın etimadını itirdiklərini də hiss edirlər”.

B.Əsəd hücumların suriyalıları birləşdirdiyini və ölkənin hər bir santimetrində terrorizmi əzmək və mübarizə etmək əzmini artırdığını qeyd edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930