Bundestag rəhbəri: İslam Almaniyanın bir parçasıdır
Mьəllif: admin1
Tarix: 3-04-2018, 10:19
Bцlmə: Xəbərlər
Bundestag rəhbəri: İslam Almaniyanın bir parçasıdır
“İslam Almaniyanın bir parçasıdır. Hər kəsin bu reallığı qəbul etməsi lazımdır.”

Maide.Az "dunyabulteni"nə istinadən xəbər verir ki, bu sözləri Almaniya Federal Məclisinin (Bundestag) sədri Wolfgang Schaeuble deyib.

Onun sözlərinə görə, Almaniyada yaşayan müsəlmanlar ölkənin bir parçasıdır və öz adət-ənənələri ilə sərbəst şəkildə yaşamaq hüququna malikdir. “Tarixin axışını saxlaya bilmərik. İslamın artıq ölkəmizin bir hissəsi olduğunu qəbul etməliyik. Burda əhalinin böyük bir hissəsini müsəlmanlar təşkil edir. Müsəlmanlar ölkə konistitusiyasına uyğun olaraq azad şəkildə yaşaya bilər və digərləri bunu qəbul etməlidir.”

Qeyd edək ki, Almaniyanın yeni təyin olunmuş daxili işlər naziri Horst Seehofer “İslam Almaniyaya aid deyil” ifadəsini işlətmişdi. Ardınca Konsler Angela Merkel “müsəlmanlar Almaniyaya aid olduğu kimi, dinləri İslam da bizimdir” deyərək H.Seehoferin sözlərinə cavab vermişdir.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031