İraq baş naziri Türkiyənin möhtəməl Sincar əməliyyatı haqda xəbərdarlıq edib
![]() İraq hökumətinin bəyanatına görə, telefon təması zamanı Binəli Yıldırım ilk növbədə bildirib ki, Sincarda PKK-a qarşı əməliyyatla bağlı Bağdadla Ankara arasında razılıq yoxdur. O həmçinin əlavə edib ki, Türkiyə İraqın suverenliyinə hörmətlə yanaşır. İraq baş naziri Heydər əl-Abadi öz növəsində bildirib ki onun ölkəsinin ordusu, hökumət və federal qüvvələr sərhədləri nəzarətdə saxlayırlar və silahlıların keçməsinə də icazə verməyəcəklər. O həmçinin İraq ərazisinə müdaxilənin rədd ediləcəyini bildirib. Rəcəb Təyyib Ərdoğan bundan öncə xəbərdarlıq etmişdi ki İraq hökuməti Sincardakı əməliyyatı bacarmasa Türkiyə hərəkətə keçəcək. Oxşar xəbərlər
|
|