İŞİD İranla sərhəddə şiə məscidində terror aktı törətdi, ölənlər var
Mьəllif: admin1
Tarix: 25-03-2018, 21:42
Bцlmə: Xəbərlər
İŞİD İranla sərhəddə şiə məscidində terror aktı törətdi, ölənlər var
İslamazeri.com "Voanyus"a istinadən xəbər verir ki, Əfqanıstanın qərbində İranla sərhəddə yerləşən Herat şəhərində intiharçı bomba hücumu nəticəsində bir nəfər dindar ölüb, doqquz nəfər isə yaralanıb.

Herat vilayətinin polis idarəsinin sözçüsü Əbdül Əhəd Vəlizadə bildirib ki, bomba hücumu günorta namazı vaxtı dindarlar dua edərkən iki nəfər tərəfindən törədilib. Onun bildirdiyinə görə, mühafizəçilər hücumçulardan birini qətlə yetirib, digəri isə bir anda üzərindəki intiharçı gödəkcəsini partladıb.

İŞİD Amaq xəbər agentliyi vasitəsilə bomba hücumuna görə məsuiyyəti öz üzərinə götürüb.

Terrorçu qrup son zamanlar Əfqanıstanda azlıqda olan şiələrin ibadətgahları və toplaşdığı yerlərdə hücumları artırıb.

Çərşənbə günü İŞİD-in intiharçısının Kabildə şiələrin məscidi yaxınlığında özünü partladaraq törətdiyi bomba hücumu nəticəsində azı 33 nəfər ölüb, 60-dan çox insan yaralanıb.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031