Şengen vizasında dəyişiklik edilir
![]() Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, düzəlişin qüvvəyə minəcəyi təqdirdə, viza müraciətlərini səyahətdən 6 ay əvvələ qədər elektron formada aparmaq olar. Yeni qaydalar qısa müddətli turizm məqsədilə səyahət etmək istəyənlər üçün də həlledici dəyişiklər əks etdirir. Belə ki, bundan sonra Şengen razılaşmasına daxil olan ölkələri dəniz və quru sərhədlərində turist vizası verə biləcək. Ancaq bu viza müraciət olunan ölkə sərhədlərində etibarlı sayılacaq və qalma müddəti 7 gündən artıq olamayacaq. Bu tənzimləmənin xüsusən birliyə üzv ölkələrin adalarına gedən turistlər üçün faydalı olması nəzərdə tutulub. Digər tərəfdən, yeni tənzimləmələrlə Şengen vizası üçün ödənişin də 60 avrodan 80 avroya qaldırılması nəzərdə tutulur. Oxşar xəbərlər
|