Ayətullah Cənnəti: “Düşmən yeni bir təxribatlar hazırlayır”
Mьəllif: admin1
Tarix: 13-03-2018, 21:40
Bцlmə: Xəbərlər
Ayətullah Cənnəti: “Düşmən yeni bir təxribatlar hazırlayır”
İran Xübrəqan Ekspertlər Məclisinin sədri Ayətullah Əhməd Cənnəti, İslam inqilabının qələbəsi ilə əvvəllər unudulmağa üz tutan fədakarlıq və şəhadət mədəniyyətinin yenidən bərpa edildiyini deyib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, martın 13-ü Xübrəqan Ekspertlər Məclisinin 40-cı iclasının əvvəlində çıxış edərək, İslam inqilabının 40 illik nailiyyətlərini açıqlayan Ayətullah Cənnəti, İslam inqilabının müharibəni idarə etmək və düşmənə qarşı mübarizə aparmaq gücünün olduğunu bildirib:

“Könüllü Səfərbərlik Təşkilatı və İnqilab Keşikçiləri Ordusu İslam inqilabının nailiyyətlərindəndir və qorunmalıdır. Bundan başqa, inqilabın qələbəsindən əvvəl özünü müdafiə etmək gücünə malik olmayan ordu da, İslam inqilabının qələbəsindən sonra məcbur edilən müharibədə müqavimət göstərə bildi”.

İranda birliyin qorunmalı olduğunu vurğulayan Ayətullah Cənnəti, sözlərini belə davam etdirib: “Rəsmi şəxslər həssas olmalıdırlar, düşmən yeni bir təxribatlar hazırlayır. İngilis şiəsi və Amerika sünniliyini başlatmaq istəyirlər”.

Ayətullah Cənnəti bəzilərinin müxtəlif bəhanələrlə İranı mühakimə etmək istədiyini, o cümlədən qadının şərəf, kəraməti və namusu sayılan hicab məsələsini ortaya atdıqlarını qeyd edib:

“Bəziləri hicaba xələl gətirmək istəyir və çirkin hərəkətlərilə hicablarını aradan aparmaq istəyirlər, halbuki bu yolda şərəf və namuslarını aradan aparırlar və bunlara qarşı lazım olan tədbirlər görülməlidir”.

Bu mərasimin sonunda 5-ci dövr Xübrəqan Ekspertlər Məclisinin sədrliyi üçün keçirilən seçki nəticəsində Ayətullah Cənnəti, aldığı 66 səslə yenidən sədr seçilib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930