Səudiyyə rejimini daha bir Əhli-beyt (ə) ardıcılını məhbəsdə işgəncə ilə öldürdü
Mьəllif: admin1
Tarix: 13-03-2018, 15:45
Bцlmə: Xəbərlər
Səudiyyə rejimini daha bir Əhli-beyt (ə) ardıcılını məhbəsdə işgəncə ilə öldürdü
Səudiyyə rejimini həbsxanasında Əhli-beyt (ə) ardıcıllarından olan daha bir ictimai fəal işgəncələrə məruz qalaraq ölüb.

Deyerler.org Bahrainalyoum-a istinadən xəbər verir ki, 61 yaşlı ictimai fəal Əli Casim Nəza ağır işgəncələrə məruz qaldıqdan sonra Səudiyyə rejiminin xəstəxanasına gətirilib və elə burada dünyasını dəyişib.

Sosial şəbəkədə geniş yayılan bəzi məlumatlara görə, Səudiyyə rejimi Casim Nəzanın cənazəsini ailəsinə verməyi düşünmür. Buna görə, böyük ehtimalla Əhli-beyt (ə) ardıcıllarından olan ictimai fəalın işgəncə altında öldüyü güman edilir.

Ərəbistanının Qətif şəhərindəki Buxari qəsəbəsində yaşayan Casim Nəza 2017-ci ilin 6 noyabr tarixində rejim əleyhinə mitinqlərdə iştirak etməsi səbəbindən həbs olunmuşdu.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031