Keşişin Qüdsdə "Möcüzəli od"un sirrini ifşa etməsi böyük hay-küyə səbəb oldu
Mьəllif: admin1
Tarix: 13-03-2018, 10:28
Bцlmə: Xəbərlər
Keşişin Qüdsdə "Möcüzəli od"un sirrini ifşa etməsi böyük hay-küyə səbəb oldu
Erməni patriarxlığının təmsilçisi Samuil Aqoyan, məşhur "Möcüzəli od" iddiasını ifşa edib. Belə ki, Qüdsdə hər il pasxa öncəsi səmadan nazil olması iddia edilən od, S.Aqoyanın bildirdiyinə görə, hücrənin içində qoyulan çıraqdan yandırılır, qətiyyən heç bir "özünəyanmadan"dan söhbət gedə bilməz.

Onun dediklərini inkar edən kilsə nümayəndələrinə cavab olaraq, Aqoyan bildirmişdir ki, buna özü şahiddir. Qüds patriarxının əlində olan məşəl, iddia edildiyi kimi, öz-özünə yanmır, sadəcə hücrədə qoyulmuş çıraqdan alışdırılır.

"Əlbəttə, Tanrı möcüzə göstərir, amma insanları əyləndirmək üçün deyil", - deyə keşiş bəyan edib.

Erməni keşişinin ifşası bir çox rəsmi kilsələr tərəfindən etirazla qarşılanıb. "Milyonlarla insanın inandığı şeylərlə bağlı şəkk yaratmaq düzgün deyil" - deyə o cümlədən Rus Pravoslav Kilsəsinin bəyanatında bildirilir.
(mk.ru)



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930