İŞİD partlatdığı Yünis Peyğəmbərin məqbərəsinin altında nəyi axtarırdı?
![]() Yunis Peyğəmbərin məzarının yerləşdiyi kompleks Mosulun şərqində “Yunis Nəbi” təpəsinin üstündə yerləşir. Bu təpə də tarixi Nineva şəhərinin mərkəzi hesab edilir. Bu şəhər e.ə 6-cı yüzilliyə yəni Assuriya şahlarının dövrünə təsadüf edir. Müsəlmanlar fikirləşir ki bu məkanda yalnız Quranda adı çəkilən Yunis peyğəmbərin məzarı var. Amma İŞİD-in 2015-ci ildəki cinayətindən və məzarın partladılmasından sonra baş verən hadislər əslində burada dünya tarixinin ən qədimi imperatorluqlardan birinin olduğunu sübuta yetib. Məlum olub ki təpə üzərindəki Yunis Peyğəmbərin məzarı əslində həm də böyük bir sarayın üzərində yerləşir. Bu məlumdur ki Mosulda tarixi Nineva şəhəri bu ərazidə yerləşir və bu sivilizasiya Assuriya İmperiyası dövrünə (e.ə 934-609) təsadüf edir. İraq Ordusu ərazini terror təşkilatından alandan sonra bura baş çəkən arxeoloqlar partladılmış Yunis Peyğəmbərin məzarının altından İŞİD-in qazdığı tunellərlə rastlaşıblar. Bu tunellər arxeoloqları məzarın altındakı böyük saraya aparıb, çıxarıb. Məlum olub ki, burada 600 ildir bəşərin təmas edə bilmədiyi böyük bir saray var. Bir çoxları bildirir ki, əslində İŞİD-in məqsədi sırf məzarı partlatmaq deyil, onların ağalarının fərmanını yerinə yetirmək və məzarın altındakı sarayda olan ekspanatları oğurlamaq olub. Oxşar xəbərlər
|