Fələstin faciəsini dünyaya çatdırmaq üçün İsveçdən Fələstinə piyada gedən yəhudi Serbiyaya çatdı
Mьəllif: admin1
Tarix: 11-02-2018, 13:37
Bцlmə: Xəbərlər
Fələstin faciəsini dünyaya çatdırmaq üçün İsveçdən Fələstinə piyada gedən yəhudi Serbiyaya çatdı
Fələstindəki insan haqları pozuntularına diqqət çəkmək məqsədilə İsveçdən Fələstinə piyada yollanan yəhudi əsilli fəal Benjamin Ladraa, keçdiyi ölkələrdə insanlara Fələstində baş verən faciəni çatdırır.

Deyerler.org xəbər verir ki, keçən il avqust ayında İsveçdən yola çıxan Ladraa, Serbiyaya çatıb. Fələstin bayrağı ilə yağış, palçıq demədən hədəfinə doğru irəliləməyə davam edən Ladraa, əşyalarını yüklədiyi uşaq arabası ilə bu günə qədər Almaniya, Çexiyaya, Avstriya, Sloveniya və Xorvatiyanı keçərək gəlib.

Anadolunun müxbirinə açıqlama verən 25 yaşlı Ladraa, keçən ilin aprel ayında Fələstinə səfəri vaxtı üzləşdiyi mənzərəyə görə şok keçirdiyini bildirib: “Gördüyüm divarlar, pulemyotlarla gəzən əsgərləri görəndə böyük təəccüb keçirdim. 300-ə qədər uşağın həbs edildiyini, qadınların təcavüzə məruz qaldğını eşitdim. Ölkəmə qayıdanda Fələstindəki insan haqları pozuntuları mövzusuna işıq tutmaq üçün bir şeylər etməyə qərar verdim”.

Bu səbəblə İsveçdən Fələstinə piyada getməyə qərar verdiyini bildirən Ladraa, səfər ərzində bəzi gecələr çadırında, bəzi gecələr də hotellərdə qaldığını, hazır yeməklər yediyini, bəzən də keçdiyi ölkələrdə insanların onu qonaq etdiyini bildirir.

Yağışlı keçən Almaniya səfərində tunellərdə çadır qurduğunu, Avstriyada isə qara düşdüyünü və çadırının buz bağladığını deyən Ladraa, İsrail rejiminin Çexyadakı səfirliyi qarşısından keçdiyi vaxt rəsmilərin onu dayandırdığını və pasportunu yoxladığını deyib.

Fələstinə çatanda ölkəyə girib girməyəcəyindən əmin olmadığını deyən yəhudi fəal belə deyir: “Fələstinə girməyi bacarmasam, mətbuata bu barədə məlumat verməyə çalışacağam. Bir çox insan Fələstində baş verənlərdən xəbərsizdir”.

Səfər boyu çəkdiyi görüntüləri #walktopalestine heşteqi ilə sosial şəbəkədən paylaşdığını bildirən Ladraa, keçdiyi ölkələrdə fürsət tapdıqca Fələstində gördüyü mənzərəni insanlara çatdırmaq üçün dərslər keçdiyini söyləyir.

Ladraa, bu səfər üçün pul yığdığını və hər şeyini satdığını, bəzən insanların ona maddi yardım da etdiyini bildirərək, səfərini iyun və ya iyul ayında başa çatdırmağı planlaşdırdığını bildirib.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031