Qarşısına islamla mübarizə aparmağı məqsəd qoyan Amerikalı xanım sonda hicabı seçdi
Müəllif: Admin
Tarix: 10-02-2018, 22:18
Bölmə: Xəbərlər
Qarşısına islamla mübarizə aparmağı məqsəd qoyan Amerikalı xanım sonda hicabı seçdi
Xanım Eşli Divayn Amerikanln Kaliforniya ştatının Santakruz əyalətinin sakinlərindəndir. O təhsilini davam etdirmək üçün Londona getmiş və orada müsəlman xanımlarla tanış olmuşdur.

Gördüyü hicablı insanlar xanım Eşlidə İslam dini haqqında araşdırmalar aparmağa və hicabın mahiyyəti barədə öyrənməyə sövq etmişdir.

Xanım Eşli özü barədə belə deyir:

“Təhsilimi davam etmək üçün Amerikadan xaricə, Londona getdim. Orada çoxlu hicablı xanımlar gördüm. Bu mənim hicablı xanımlarla birinci ünsiyyətim idi.

Mən onların bu işina anlamır, bunun mənasını başa düşmürdüm. Amma fikir verirdim ki, bu qadınlar çox gözəldirlər. Düşünürdüm mən də belə olsam görəsən necə olar. İslam haqqında ilk dəfə mütaliə edəndə qərar vermişdim ki, mən yaşadığım müddətcə hicaba qarşı mübarizə aparacam.

Xanım Eşli fikirlərində davamında qeyd edir ki, mən müsəlman deyildim. Lakin hər xüsusda müsəlman qadınlarla ünsiyyətim, hicaba və İslama gəlişimə başlanğıc oldu: “Mən İslam haqqında dərin tədqiqat aparmağa başlayanda gördüm ki, mənim həyatımda ehtiyacım olduğu şey məhz budur.

Lakin fikirləşəndə çox sevdiyim saçlarımı örtmək və yayda qısa qollu paltarlarımı bir kənara qoyub örtünmək məsələsi mənə çox ağır gəlirdi. Həmçinin ailəmin və dostlarımın bu barədə nə deyəcəklərini də digər bir məsələ idi. Hər halda hicabla bağlı çox gərginlikdə idim.

Universitetin sonuncu illərində İslamın bir parçası olan hicaba tərəf ilk addımlarımı atmaq qərarına gəldim. Bunun üçün hicabdan yalnız cümə günləri, cümə namazlarında istifadə edirdim. Dostlarım məni hicablı görəndə yaxınlaşıb suallar verərdilər.

Hətta bəziləri kinayəli və təhqir edici sözlər də deyirdilər. Yalnız bu müddət ərzində anam məni dəstəkləyir, bu xüsusda məni müdafiə edirdi. Yaşadığım yerə yaxın bir məscid vardı, hər çətinlik və hadisədə ora gedərdim.

Tədricən tam hicaba keçirdim. Paltar qardirovumdaki paltarları yavaş-yavaş hicablılarla dəyişirdim. Ən təəssüfləndirici hal bu idi ki, məni görən insanların əksəriyyəti mənə təhqir və alçaldıcı sözlər demələr idi. Ümid edirəm ki, bir zaman gələr bütün qadınlar başqalarının təhqiri ilə üzləşmədən hicabdan rahat istifadə edə bilərlər.”
(İslaminSesi)

Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031