Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları həbs olundu - FOTO - SƏBƏB
Mьəllif: admin1
Tarix: 30-01-2018, 15:58
Bцlmə: Xəbərlər
Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları həbs olundu - FOTO - SƏBƏB
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları bu gün səhər yerli vaxtla 06:30-da həyata keçirilən əməliyyat nəticəsində həbs olunublar. İlkin məlumatlara görə, onlara qarşı cinayətkar qruplaşma ittihamları irəli sürülüb.

Əməliyyat Adana şəhərində "Furqan" təşkilatının binası və evlərdə həyata keçirilib. Əməliyyatda xüsusi təyinatlılar iştirak edib.

Xatırladaq ki, Kuytul Ərdoğanın siyasətini tənqid edən yeganə sünni alimlərdən sayılır. O sünni-şiə müharibsinin yaradılmasına qarşı çıxmış, hökümətyönlü medianın iddiasına görə, Afrin əməliyyatlarını da tənqid etmişdi.

Lakin yayılmış videoda onun Afrin əməliyyatlarının şişirdilməsinə qarşı çıxdığını bildirib.

Kuytul açıqlamasında "Bu məsələ elə şişirdilir ki, sanki Romanı fəth etməyə gedirik. Orada nə qədər adam varki? Bir neçə minlik ordu var. Sanki yüz minlik ordu ilə döyüşməyə gedirik.", - deyə qeyd etmişdi.


Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları həbs olundu - FOTO - SƏBƏB
Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları həbs olundu - FOTO - SƏBƏB
Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları həbs olundu - FOTO - SƏBƏB


Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930