İngilis hakim azan vaxtı oyunu saxladı
Mьəllif: admin1
Tarix: 26-01-2018, 14:31
Bцlmə: Xəbərlər
İngilis hakim azan vaxtı oyunu saxladı
Tanınmış ingilis hakim Səudiyyə Ərəbistanı Kuboku üzrə futbol qarşılaşması vaxtı azan səsini eşidən kimi oyunu dayandırıb.

Deyerler.org xəbər verir ki, ingilis hakim Mark Klattenberq yanvarın 24-ü Səudiyyə Ərəbistanı Kubokunun 1/8 oyun mərhələsində Əl-Faixa və Əl-Fatih komandalarının qarşılaşmasına hakimlik etdiyi vaxt, stadionun yaxınlığındakı məsciddən şam azanı səsləndirilib. Azan səsini eşidən ingilis hakim oyunu dərhal dayandırıb və azandan sonra oyunun davam etməsi fitini çalıb.

İngilis hakimin bu hərəkəti sosial şəbəkə istifadəçilərinin böyük rəğbətinə səbəb olub.

Son illər dünyanın ən yaxşı futbol hakimlərinin biri olan Mark Klattenberq Avropa çempionatı vaxtı Fransa və Portuqaliya arasındakı qarşılaşmaya hakimlik edib.
Oxşar xəbərlər
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728