Gürcüstanda ödənişli hərbi xidmət tətbiq olunacaq
Mьəllif: admin1
Tarix: 25-01-2018, 14:50
Bцlmə: Xəbərlər
Gürcüstanda ödənişli hərbi xidmət tətbiq olunacaq
“Müdafiə Nazirliyinin yeni konsepsiyasında fəal hərbi ehtiyatın üç forması - könüllü, müqaviləli və ödənişli hərbi xidmətin tətbiqi nəzərdə tutulub”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.

Baş nazir bildirib ki, hazırkı hərbi ehtiyat və səfərbərlik sistemi yenidən təşkil olunmalıdır: “Güclü hərbi ehtiyat sistemi ölkəmiz üçün çox vacibdir. Əminəm ki, biz balanslaşdırılmış, doğru və ölkənin tələblərinə cavab verən bir sistem quracağıq”.

Qeyd edək ki, hazırda Gürcüstanda həqiqi, müqaviləli, kadr və ehtiyat hərbi xidmət formaları tətbiq olunur.
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031