86 ölkənin iştirak etdiyi iclasda 2018-ci ilin "Qüds Şərif ili" elan olunması istənilib
Mьəllif: admin1
Tarix: 19-01-2018, 10:34
Bцlmə: Xəbərlər
86 ölkənin iştirak etdiyi iclasda 2018-ci ilin "Qüds Şərif ili" elan olunması istənilib
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Misirin əl-Əzhər Universitetində Qüdsə Dəstək Beynəlxalq iclasının iştirakçıları cümə axşamı günü bir bəyanatda Qüdsün Fələstinin əbədi paytaxtı elan olunmasının əhəmiyyətini vurğulayıblar.

Məlumata görə, Qüdsə dəstək beynəlxalq iclasın iştirakçıları yekun bəyanatda ABŞ prezidenti Donald Trampın Beytül-Müqəddəsi sionist rejimin payxtatı olaraq rəsmən tanımasına qarşı olduqlarını vurğulayıb və bu qərarın icrasının durdurulması üçün təcili addımların atılmasını istəyiblər.

Bu bəyanatda həmçinin təklif olunub ki, 2018-ci il Qüds-Şərif ili elan olunsun.

Qeyd edək ki, Qüdsə dəstək beynəlxalq iclası dünyanın 86 ölkəsindən yüksək səviyyəli rəsmi və şəxsiyyətlərin iştirakı ilə 17, 18 yanvarda Misirin əl-Əzhər Universitetində keçirilib.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031