Seyid Həsən Nəsrullah və şəhid İmad Muğniyənin fotoşəkilləri Tel-Əvivdə
Mьəllif: admin1
Tarix: 16-01-2018, 15:36
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullah və şəhid İmad Muğniyənin fotoşəkilləri Tel-Əvivdə
Hizbullahın hərbi mediası sionist Tel-Əviv şəhərinin küçələrində, əlində Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın və Dəməşqdə öldürülən komandir şəhid İmad Muğniyənin fotoşəkilini daşıyan bir nəfərin şəklini dərc edib.

Deyerler.org xəbər verir ki, Twitter vasitəsilə paylaşılan şəkilin altında isə, “Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah və şəhid İmad Muğniyə Tel-Əvivdəki Naftali Herzlmber küçəsində” şərhi yerləşdirilib.

İsrail rejimi tərəfindən bununla bağlı hələ bir açıqlama verilməyib. Bu mesajın paylaşılması isə, ağla ilk növbədə Nəsrullahın “Müqavimət Qüds şəhərinə girəcək” vədini gətirib.

Oxşar xəbərlər
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728