İslam Əməkdaşlığı Təşkilatın konfransı Tehranda işə başladı
Mьəllif: admin1
Tarix: 16-01-2018, 13:33
Bцlmə: Xəbərlər
İslam Əməkdaşlığı Təşkilatın konfransı Tehranda işə başladı
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransı bu gün səhər İran İslam Respublikasının prezidenti Həsən Ruhani və İslam Şurası Məclisinin sədri Əli Laricaninin iştirakı ilə Tehranda işə başlayıb.

Bu konfransda qırx bir İslam ölkəsindən olan parlament sədrləri, sədr müavinləri və nümayəndələri iştirak edirlər.

İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransı sabah bir bəyanat yayaraq, öz işini başa vuracaqdır.

Cari həftənin şənbə, bazar və bazar ertəsi günləri İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin nümayəndələri və ekspertlərinin iştirakı ilə bu konfransın baş assambleyasının, eləcə də daimi və ixtisas komitələrinin iclasları keçirilib.


Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031